Eni haqqında

Agip və ENI

 

Agip – dünyanın 70 ölkəsində biznesi olan Eni S.p.A. adlı beynəlxalq şirkətə məxsus bir brendidir. Bu şirkətdə 71,500 yaxım əməkdaş çalışır. Şirkətin səhmləri Milan və Nyu York fond birjalarında qiymətləndirilir.

Eni şikətinin fəaliyyətinin üç əsas istiqaməti:
Karbohidrogenlərin kəşfiyyat və hasilatı
Qaz və elektroenergetika
Neftin emalı və satışı

 

ENI – Neftin emalı və satışı

 

Beynəlxalq neft sektorunda 80 illik iş təcrübəsi Eni şirkətini dünyanın aparıcı energetika şirkətlərindən birinə çevirmişdir. 1926-cı ildə Agip (Agenzia Generale Italiana Petroli) yarandığı andan, neft emalı və neft emalı məhsullarının satışı ilə bağlı fəaliyyətin tarixcəsi qarşıya qoyulan məsələlərin uğurlu həlli və ilk baxışdan həlledilməz layihələrin həyata keçirilməsi ilə səciyyələnir.

Eni (Ente Nazionale Idrocarburi) şirkətinin əsası 1953-cü ildə qoyulmuşdur. Onun ilk prezidenti Enriko Mattei olmuşdur. 90-cı illərdə Eni açıq tipli səhmdar cəmiyyətə çevrilir. 2001-ci ildə Agip Petroli bütünlüklə Eni S.p.A. ilə birləşərək Neft emalı və Satışı Divizionu olur.

AGIP – SÜRTKÜ MATERİALLARI

 

Agip brendi altında sürtkü materiallarının və xüsusi vasitələrin satışını Eni S.p.A. şirkəti dünyanın 70-dən artıq ölkəsində həyata keçirir. Eni S.p.A. şirkəti tədqiqat və formulların hazırlanmasını, neftin hasili, daşınması və emalını, ilkin sürtkü yağlarının və qatqıların istehsalını, sürtkü yağlarının qablaşdırılmasını özündə cəmləşdirən bütün dövrə üzrə işləyən çox az şirkətlərdən biri olan vertikal inteqrasiya olunmuş neft-qaz şirkətidir.

Şirkət tərəfindən Avropadakı müəssisələrində istehsal etdiyi yağların yüksək keyfiyyəti Agip Petroli-nin “Formula-1” avtomobil yarışlarının aparıcı komandaları ilə etdiyi çoxillik əməkdaşlıq ilə təsdiq olunur. Artıq otuz ildir ki, “altıayaqlı it” loqotipini bu yarışların bütün Avropa etaplarında görmək mümkündür. Agip sürtkü materialları sərnişin və yük avtomobilləri, sənaye avadanlığı istehsalçıları tərəfindən tanınır və tövsiyə olunur.

 

LOQOTİPİN YARANMASI

 

Od püskürən altıayaqlı it — İtaliyada enerji simvolu olan mifik bir heyvandır. Onun müəllifini yalnız otuz il ötdükdən sonra müəyyən etmək olmuşdur.

Yalnız oğlunun etirafından sonra loqotipin müəllifinin Luici Brocini olduğu rəsmi olaraq sübut olunmuşdur. Luici Brocini 1983-cü ildə öz ölümünə kimi öz müəllifliyini inkar edirdi. Buna görə də, bu loqotipə hansı məna kəsb etdiyi dəqiqliklə bilinmir. Bu işarənin Brocininin elmi araşdırılmalarının mövzusu olan Nibelunqlar haqqında əfsanələrin təsiri altında yaranması barədə fərziyyə də irəli sürülmüşdür. Simvolun rəsmi şərhi Eni konserninin mətbuat xidməti tərəfindən 1950-ci illərdə edilmişdir: mifik məxluğun altı ayağı avtomobilin dörd təkəri ilə sürücünün iki ayağının birliyi deməkdir. İnsan-avtomobil tandeminin maksimal səmərəliliyini təmin edən və ən yüksək nəticəyə zəmanət verən alovlu ittifaq.

MOTOR YAĞI NECƏ OLMALIDIR?

 

Öz avtomobilini hansı yağa etibar etmək olar? “Yağ bazarında” olan təklif bolluğunda düzgün seçim necə etmək olar? Bununla bağlı bir neçə sadə tövsiyyələr var. Avropa istehsallı motor yağları daimi keyfiyyət nəzarətinə məruz qalırlar, onların standartlara uyğunluğu daimi yoxlanır, və ümumiyyətlə onların keyfiyyətində olan fərqlər minimaldır. Bundan əlavə, motor yağının istehsalı üçün istifadə olunan “təməl yağını” yalnız özünün neft quyuları olan və neftin emalı ilə məşğul olan 4-5 şirkətdən əldə etmək olar. Onlar hamısı müasir avtomobil istehsalçılarının tələblərinə cavab verirlər. Lakin qiymətdə ciddi fərqlər meydana gəlir. Bəzi məhsullar heç bir əsas olmadan “premium” məhsul kimi təqdim olunurlar, istehsalçı onların unikal keyfiyyətləri barədə bəyanatlar verir, lakin real sınaqlar bir qayda olaraq keçirilmir. Belə olduqda artıq pul ödəməyə deyərmi?

Xam maldan tutmuş qutulanmış və yoxlanmış işə hazır məhsula qədər olan bütün işlərin görülməsi və məhsulun yayımında bəzi xüsusiyyətlərin olması nəticəsində Agip çox illərdi ki keyfiyyətli Avropa avtomobil yağları seqmentində ən aşağı qiymətləri saxlamağa müvəffəq olub. Bu günləri Agip yağlarını tanınmış rəqiblərindən 10-20% ucuz almaq mümkündür. Keyfiyyət hər iki halda eyni yüksək olmaq şərtilə.

Agip ən müasir tələblərə tələblərə cavab verən məhsul istehsal edir.

 

Agip tarixi

1926 – AGIP (Azienda Generale Italiana Petroli) – Birləşmiş İtalyan Neft Şirkətinin təsis edilməsi.

1930 – Agip-in ilk yanacaq doldurma məntəqəsi.

1931 – Sovet İttifaqı ilə sazişin imzalanması.

1953 – “Altıayaqlı it” loqotipinin qəbul olunması. Əmtəə nişanı 1953 ildə keçirilən müsabiqə nəticəsində müəyyən edilib. Müsabiqənin keçirilməsinin səbəbi İtaliya energetika şirkətini dünyanın hər bir yerində tez və asan tanınmasını təmin edə biləcək yeni simvola olan təlabatdan irəli gəlirdi.

1969 – Sovet İttifaqı ilə qaz üzrə sazişin imzalanması.

1971 – SSRİ – Hollandiya qaz kəmərinin tikintisi haqqında saziş. İlk üzən neft platformalarının tikilməsi.

1973 – Agip Ferrari-nin “Formula-1” komandasının rəsmi partnyoru olur.

Otuz ildir ki “altıayaqlı it” “Formula-1” trassalarındadır. İyirmi ildən çox – 1973-cü ildən 1995-ci ilədək – Agip Petroli və Eni konserni Ferrari komandasının partnyoru olmuşdur. Ferrari-nin Niki Lauda, Jil Vilnyov, Naycel Mensell, Jan Alezi, Gerxard Berger kimi əfsanəvi pilotların kombinezonlarında Agip-in “altıayaqlı itini” görmək mümkün idi. Çoxillik keyfiyyət ənənələri yağ və sürtkü materiallarının seçimində Agip-in üstünlüyü heç bir şübhə yaratmır. 2003-cü ildə Agip-in tanınmış loqotipi “Formula-1” yarışları keçirilən İmola, Barselona, Nürburqrinq və Monsa trassalarında yenidən peyda oldu.

Find right oil for your vehicle

Find right oil for your vehicle

Use our system to find which oil is fits best for your vechile

Our news archive

Our news archive

Check out what's happening around Eni

Get in touch with us

Get in touch with us

We are ready to answer to all related questions